İspaniya çempionatının 35-ci turundan sonra La Liqanı tərk edən ilk komandanın adına aydınlıq gəlib.
Sfera.az xəbər verir ki, “Rayo Valyekano” ilə “Jirona” arasında qeydə alınan 1:1 hesablı heç-heçə “Oviedo”nun elitadan düşməsini rəsmiləşdirib.
Hazırda 29 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşan “Oviedo” qarşıdakı turlardakı nəticədən asılı olmayaraq17-ci sıradakı və 39 xala malik “Jirona”ya çata bilməyəcək.
Qeyd edək ki, “Oviedo” 2001-ci ildən sonra ilk dəfə bu mövsüm La Liqada çıxış edirdi.
Niyaz Hacıyev
Sfera.az