Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə ötən gün axşam saat 21:00 radələrində Gəndob-Yalama yolunun 22-ci kilometrliyində, Xaçmaz rayonunun Canaxır kəndi ərazisində qeydə alınıb.


 


Rayonun Qobuqırağı kənd sakini, 35 yaşlı Mübariz Tahirovun idarə etdiyi “VAZ-21104” markalı avtomobil yolu keçən həmkəndlisi, 60 yaşlı Tərlan Məmmədovu vurub.


 


Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır.