Pakistanın Baş naziri Şahbaz Şərif yaxın zamanda Rusiyaya səfər edəcək. 


 


Sfera.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib.


 


“Ümid edirəm ki, tarix artıq iyun və ya iyul ayına yaxın dəqiqləşəcək. Baş nazir bu səfəri səbirsizliklə gözləyir. Əlbəttə ki, tarix razılaşdırılan kimi elan ediləcək”, - o deyib.