Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.



 


Sfera.az xitab24.az-a istinadən bildirir ki, yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.

 


İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.


 


Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.

 


Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevə məxsusdur.