Gəncədə körpüdən çaya yıxılan qadın xilas edilib.


 


Sfera.az xəbər verir ki, hadisə mayın 11-i saat 17 radələrində baş verib.


 


Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva şəhər ərazisindəki körpüdən çaya düşüb.


 


Yaxınlıqdakı şəxslərin köməyi ilə xilas edilən qadın xəstəxanaya yerləşdirilib.


 


Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Rzayevanın vəziyyəti orta-ağırdır.


 


Araşdırmalar aparılır.