Lökbatan qəsəbəsində baş verən yanğın nəticəsində “Birmarket” şirkətinə məxsus anbara da zərər dəyib.


 


Sfera.az xəbər verir ki, bu barədə şirkət platforma üzərindən alıcılara bildirib. Bildirilib ki, yanğın səbəbindən aktiv sifarişlərin çatdırılmasında gecikmələr, həmçinin yeni sifarişlərin qəbulunda müəyyən çətinliklər yarana bilər.


 


“Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində Birmarket-ə məxsus anbar da zərər görüb. Komandamız əməliyyatların ən qısa zamanda bərpası üçün intensiv şəkildə çalışır. Baş verən yeniliklərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Anlayışınız və səbriniz üçün təşəkkür edirik”,– açıqlamada vurğulanıb.


 


Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.


 


Fidan Hacızadə


Sfera.az