Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib.



 


Sfera.az “qafqazinfo.az”a istinadla xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib.



 


O, bu gün Gəncə şəhərində “Köhnə Səbiskar” qəbiristanlığında dəfn olunub.

 


Dəfn mərasimində A.Kərimli də iştirak edib.

 


Qeyd edək ki, tanınmış alim Z.Abbasov 2007-ci ildən 2023-cü ilədək Gəncə Dövlət Universitetində “İdarəetmə” kafedrasına rəhbərlik edib. İqtisad üzrə fəlsəfə doktoru, dosent olub.