Müğənni Emre Altuğ illər əvvəl iki uşağının anası Çağla Şikelə etdiyi evlilik təklifinə dair əvvəllər bilinməyən bir detala aydınlıq gətirib.
Sfera.az-ın məlumatına görə, aparıcı və model Çağla Şikel ilə müğənni Emre Altuğ 4 illik münasibətlərini 2008-ci ildə evliliklə rəsmiləşdiriblər. Bu evlilikdən cütlüyün Uzay və Kuzey adlı iki oğlu dünyaya gəlib. Əvvəllər oğulları ilə birlikdə görüntülənən Emre Altuğ son müsahibəsi ilə diqqət çəkib.
Müğənni illər sonra Çağla Şikelə evlilik təklifinin necə olduğunu bölüşüb: “Bizim sahəmizdə münasibətləri qorumaq asan deyil. Amma biz səbirli və dözümlü idik. Üç il sonra mən evlilik təklifini verdim,” – deyə o bildirib.
Emre Altuğ etiraf edib ki, evlilik təklifini Çağla Şikelin atasının qəbrində edib:
“Çağlanın atasının ölümünün ildönümündə və ya ad günündə məzarını ziyarət edirdik. Atası sağ ikən onu ələ salıb "Atandan əlini istəyəcəyəm" deyirdim. Qəbiristanlıqda isə ona "Sənə atandan əlini istəyəcəyimi demişdim" deyib üzüyü verdim. Buraya gələndə onun özünü yaxşı hiss etməsi üçün evlilik təklifini burada etməyi düşündüm,” – deyə o bildirib.
Müğənni boşandıqdan sonra hər iki tərəf üçün uşaqlarının vacib olduğunu da vurğulayıb: “Bizim üçün önəmli uşaqlarımızdır. Çağlanın lüğətində başqa heç nə yoxdur,” – deyə Emre Altuğ əlavə edib.
Mənsumə
Sfera.az