Məşhur sənətçi Seda Sayan ilk dəfə parikini çıxararaq təbii saçlarını nümayiş etdirib. 




Sfera.az xəbər verir ki, müğənninin bu cəsarətli addımı sosial mediada geniş marağa səbəb olub və qısa müddətdə trend mövzusuna çevrilib.


 


İzləyicilər onun təbii görünüşünü yüksək qiymətləndirərək rəy bölmələrində böyük dəstək ifadə ediblər.




Seda Sayan parikdən istifadə etməməsinin səbəbini belə açıqlayıb:




“Öz saçlarımın zədələnməməsi üçün parikdən istifadə etmirəm. Proqramlarımı və səhnə çıxışlarımı həm təbii saçlarımla, həm də mənim üçün hazırlanmış pariklər, üst hissələr və kəkillərlə edirəm. Beləcə həm saçlarımı qoruyuram, həm də qarşı tərəfə ən gözəl görünüşü təqdim edirəm".




Müğənninin bu etirafı həm sənətçi kimi peşəkarlığını, həm də özünü təbii şəkildə təqdim etmək cəsarətini göstərir. İzləyicilər Seda Sayanın bu addımını tərifləyərək onun gözəlliyini və enerjisini uzun illər boyunca qorumağı bacardığını qeyd ediblər.


 


Mənsumə

Sfera.az