İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Dieter Flick müqaviləsini 2027/28 mövsümünün sonuna qədər uzadacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, 61 yaşlı mütəxəssis mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq:
“Çox xoşbəxtəm. 2028-ci ilin yayına qədər birlikdə işləməyə davam edəcəyik. Hər şey yaxşı getsə, əməkdaşlığımızı daha bir mövsüm uzada bilərik. Mən düzgün yerdəyəm”.
Qeyd edək ki, Flikin hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Almaniyalı məşqçi 2024-cü ilin mayından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionu olub, iki İspaniya Superkuboku və bir İspaniya Kuboku qazanıb.
Flik daha əvvəl Almaniya milli komandasını və FC Bayern Munich “Bavariya”nı da çalışdırıb. O, “Bavariya” ilə UEFA Çempionlar Liqası da daxil olmaqla bir sıra titullar qazanıb və 2019/20 mövsümündə treblə nail olub.
Niyaz Hacıyev
Sfera.az