“Samsung Galaxy S27” seriyasındakı komponent xərclərini azaltmaq məqsədilə Çin istehsalçısı BOE-ni ekran təchizat zəncirinə daxil etməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, şirkət qlobal DRAM böhranının istehsal xərclərinə təsirini minimuma endirmək üçün radikal addımlar atmağa hazırlaşır. Bu çərçivədə “Samsung” ən bahalı komponentlər arasında yer alan ekran panelləri üçün öz istehsalından kənar alternativlərə müraciət etməyi nəzərdə tutur.
Yaddaş və saxlama xərclərinin artması, flaqman modellərin qiymətlərini balanslaşdırmaq üçün yeni strategiyaların hazırlanmasını zəruri edir. “Galaxy S26”dakı qiymət artımlarından sonra şirkət S27 seriyasında xərclərin mümkün qədər artırılmamasını hədəfləyir.
Qeyd edək ki, Cənubi Koreya texnologiya nəhəngi əsas “Galaxy S27” modeli üçün Çin panel istehsalçısı BOE ilə danışıqlara başlayıb. Məqsəd, “Apple”ın təchizat zəncirində iştirak edən BOE-ni sistemə daxil etməklə istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltmaqdır.
Eyni zamanda, fərqli istehsalçılardan alınan ekranlar, “Galaxy S27” modelləri arasında keyfiyyət fərqlərinə yol aça bilər. “Samsung”-un isə BOE-dən yüksək istehsal standartlarına riayət etməsi və keyfiyyətə nəzarət proseslərini sərtləşdirməsi üçün təzyiq göstərəcəyi gözlənilir.
Mənsumə
Sfera.az