Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.




Sfera.az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


 


Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub. Dominos pizza


 


Meyit aidiyyəti üzrə təhvil verilib.


 


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Report