Milli Məclisin deputatı Ülvi Quliyev növbəti dəfə vətəndaşları qəbul edib.




Sfera.az bildirir ki, qəbul zamanı vətəndaşların əsasən sosial problemlərin həlli, işsizlik və idman sahəsi ilə bağlı müraciətləri dinlənilib. Səsləndirilən bəzi məsələlər operativ şəkildə araşdırılaraq yerində həllini tapıb.




Həlli müəyyən vaxt tələb edən müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. Bununla bağlı vətəndaşlara müvafiq məlumat verilib.




Qəbul zamanı qaldırılan bütün məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılacağı və həlli istiqamətində zəruri addımların atılacağı bildirilib.