ABŞ-da casus qalmaqqlı bütün dünyanın diqqət mərkəzindədir. Belə ki, Kaliforniya ştatının keçmiş Arkadiya şəhərinin meri Eylin Vanq ABŞ-da federal araşdırmadan sonra Çin hökuməti adından hərəkət etmək ittihamlarını qəbul etməyə razılaşıb. 


 


Sfera.az bildirir ki, keçmiş məmur Pekin təbliğat materiallarını Çin-Amerika icması arasında paylayıb.




Varlı Los-Anceles şəhərətrafı ərazisinin meri ABŞ-da qeydiyyatsız Çin xarici agenti kimi fəaliyyət göstərdiyini etiraf etdikdən sonra istefa verib.


 


Məhkəmə sənədlərinə görə, Eylin Vanq Çin rəsmilərinin göstərişi ilə Çin tərəfdarı təbliğat apardığını etiraf edib. Vanq 2022-ci ildə Şəhər Şurasına seçildikdən sonra təxminən 55.000 əhalisi olan Arkadiya şəhərinin meri vəzifəsində çalışıb. Şəhər meneceri Dominik Lazzarettinin verdiyi açıqlamaya görə, o, bazar ertəsi istefa verib.


 


"Bu işin əsasını təşkil edən, xarici hökumətin yerli seçilmiş məmura təsir göstərməyə cəhd etməsi iddiaları çox narahatedicidir. Daxili araşdırmadan sonra heç bir şəhər maliyyəsi, kadr və ya qərar qəbuletmə prosesləri ilə bağlı olmadığını təsdiqləyə bilərik"- deyə Lazzaretti açıqlamasında bildirib.


 


58 yaşlı Vanqı 10 ilə qədər həbs cəzası gözləyir. Los-Ancelesdəki ABŞ Prokurorluğunun açıqlamasına görə, onun yaxın həftələrdə günahını etiraf etməsi gözlənilir. Bu iş ABŞ rəsmiləri tərəfindən Çin hökumətinin ABŞ-dakı vəziyyətə təsir etmək cəhdlərinə qarşı artan araşdırma fonunda baş verir.


 


Federal prokurorlar son illərdə Pekini siyasətçilərə təsir göstərməyə və Çin diaspor icmalarında ictimai rəyi formalaşdırmağa cəhddə ittiham edən bir neçə iş qaldırıblar.


 


Ötən il Nyu-York qubernatorunun keçmiş baş köməkçisi Keti Hoçulun məhkəməsinin təxirə salındığı elan edilmişdi. Keti Hoçul əri Endryu Kuomo ilə birlikdə milyonlarla dollar rüşvət müqabilində Çin üçün qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərməkdə ittiham olunurdu. Məhkəmə heyəti yekdil qərara gələ bilməyib.


 


Çoxsaylı Asiya-Amerika əhalisi və lüks daşınmaz əmlak bazarı ilə tanınan Arkadiya uzun müddətdir varlı Çin immiqrantlarını və beynəlxalq investisiyaları cəlb edir. ABŞ siyahıyaalma məlumatlarına görə, şəhər sakinlərinin yarıdan çoxu özünü Asiyalı hesab edir.


 


Aynil