51 yaşlı multimilyoner Coşua Park bu yaxınlarda Londonda kirayə götürdüyü malikanədə boynunda ilgəklə ölü tapılıb.
Bu, onunla həyat yoldaşı arasında aviabiletlər üzərində yaranan qalmaqallı mübahisədən sonra baş verib.
Sfera.az bildirir ki, KİV Britaniyalı milyonerin ölümü barədə bu gün məlumat yayıb.
Coşua Park “Majestic Wine”, “Poundstretcher”, “Punch Pubs” və “Curzon” kinoteatr şəbəkəsinə sahib olan özəl kapital nəhəngi “Fortress”in rəhbəri idi. Onun şirkətinin dəyəri 50 milyard dollar idi.
Coşua Parkı malikanəsinin yuxarı mərtəbəsindəki bağlı yataq otağına girən təmizlikçi ölü tapıb.
Qeyd edək ki, iş adamı və 28 illik həyat yoldaşı Jaklin ABŞ-dakı evlərindən Böyük Britaniyaya köçmək üzrə olublar. Park şirkəti Avropada genişləndirirdi və şirkətin dəyərini ikiqat artıraraq 100 milyard dollara çatdıracağı gözlənilirdi.
İstintaqda Jaklin milyonçunun uçuş gecikməsindən əziyyət çəkdiyini və işindən stress keçirdiyi barədə ifadə verib. Ölümündən əvvəlki axşam cütlük gün ərzində ara-sıra spirtli içki qəbul etdikdən sonra qızğın mübahisə ediblər.
Məlum olub ki, Pak çərşənbə axşamı Dallasa uçmalı idi, lakin həyat yoldaşı ilə səyahət edə bilməsi üçün uçuşunu başqa günə təxirə salıb. Daha sonra rezervasiyalarla bağlı problem yaranıb və bu, cütlük arasında qızğın mübahisəyə səbəb olub.
Nəticədə detektiv heç bir cinayət əlaməti aşkarlamasa da, intihar planına dair heç bir dəlil də tapılmayıb.
Aynil