Qazaxda fərdi yaşayış evində partlayış baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.


 


İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.


 


Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.


 


Faktla bağlı araşdırma başlanılıb. Qafqazinfo.az