Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2026” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub.


 


Sfera.az xəbər verir ki, münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələrinə əsasən Yunanıstan, Finlandiya, Serbiya, Belçika, Xorvatiya, Polşa, İsveç, Moldova, Litva və İsrail finala vəsiqə qazanıblar.




Qonşu Gürcüstanla yanaşı, Monteneqro, Portuqaliya, San-Marino və Estoniya isə kifayət qədər səs toplaya bilmədikləri üçün müsabiqə ilə yarımfinal mərhələsində vidalaşıblar.




Qeyd edək ki, ikinci yarı final mərhələsi sabah baş tutacaq və ölkəmiz adından JİVA Vyana səhnəsində “Just Go” söyləyəcək.




Niyaz Hacıyev 

Sfera.az