Səudiyyə Ərəbistanı çempionatının 32-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Hilal”la 1:1 hesablı heç-heçə edib.
Sfera.az xəbər verir ki, ev sahibi komandanın yeganə qolunu 37-ci dəqiqədə Məhəmməd Simakan vurub.
Qarşılaşmanın əlavə edilmiş vaxtının 8-ci dəqiqəsinin son saniyələrində isə “Əl-Nəsr”in qapıçısı Bento avtoqola imza ataraq komandasını qələbədən məhrum edib.
Qeyd edək ki, bu oyunda qələbə qazansaydı, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcəkdi. Komandanın heyətində beşqat “Qızıl top” mükafatçısı və futbol tarixinin ən məhsuldar oyunçularından biri olan Kriştiano Ronaldo da çıxış edir. Portuqaliyalı hücumçu artıq dördüncü mövsümdür ki, “Əl-Nəsr”in formasını geyinir. O, bu müddətdə yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazana bilib.
Hazırda “Əl-Nəsr” 33 oyundan sonra 83 xalla turnir cədvəlinə başçılıq edir. “Əl-Hilal” isə 32 matçdan sonra 78 xalla ikinci pillədə qərarlaşıb. Mayın 16-da “Əl-Hilal” doğma meydanda “Neom”u qəbul edəcək. “Əl-Nəsr” isə mayın 21-də çempionatın son turunda “Damac”la qarşılaşacaq.
Niyaz Hacıyev
Sfera.az