ABŞ Prezidenti Donald Tramp İranın “hərbi uğuru” haqqında məlumat verən Amerika media qurumlarını “xəyanət”də günahlandırıb.
Sfera.az xəbər verir ki, Tramp sosial media hesabında İranla bağlı xəbərlərə görə media qurumlarını “saxta xəbər” adlandırıb. “Onlar düşmənə kömək edir və təşviq edirlər”, –deyə Tramp bildirib.
O, ABŞ-nin İran donanmasına aid 159 gəmini hamısını batırdığını iddia edərək medianın İrana yanlış ümid verdiyini vurğulayıb. Tramp həmçinin Kuba ilə bağlı müzakirələrə də toxunub. O, Konqresin bəzi Respublikaçı üzvlərinin onunla görüşərək Kubaya müdaxilə etməməyə çağırması iddiasını yalan adlandırıb və Kubanı “uğursuz dövlət” kimi qiymətləndirib. “Kuba bizdən kömək istəyir və biz onlarla danışacağıq”, – Tramp deyib.
Əvvəlki açıqlamalarında o, səlahiyyət müddəti bitməmişdən əvvəl “azad Havana”ya səfər etmək istədiyini və İrandan sonra Kuba məsələsini də gündəmə gətirəcəyini bildirib.
Mənsumə
Sfera.az