ABŞ Prezidenti Donald Tramp Pekinə dövlət səfəri çərçivəsində Çin Prezidenti Si Tsinpinlə ikitərəfli ticarət və iqtisadi münasibətlərlə bağlı məsələləri müzakirə etmək niyyətindədir.




Sfera.az bu barədə xarici mediaya istinadən xəbər verir.




"Hər şeydən əvvəl deyərdim ki, ticarət haqqında danışacağıq", - deyə o, Çinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.




"Çinlə əla münasibətlərimiz var. Biz iki supergücük. Hərbi güc baxımından dünyanın ən güclü ölkələriyik. Çin ikinci hesab olunur. Mənim Prezident Si ilə əla münasibətlərim var. Və düşünürəm ki, bu, belə də qalacaq", - deyə Tramp əlavə edib.




Tramp mayın 13-dən 15-dək Çində olacaq. Əvvəlcə səfərin 31 mart - 2 aprel tarixlərində baş tutması planlaşdırılırdı. Lakin ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibə səbəbindən səfər təxirə salındı. Amerika administrasiyası Çin prezidentinin bu ilin sonlarında ABŞ-yə cavab səfəri edəcəyini gözləyir. Amerika prezidenti bunu mətbuat konfransında təsdiqləyib.


 


Firuzə Əliyeva

Sfera.az