Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision 2026” mahnı müsabiqəsi öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Sfera.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Avstriya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin müsabiqədə iştirakına qarşı keçirilən etiraz aksiyaları fonunda təhlükəsizlik tədbirləri adi səviyyədən xeyli artırılıb. Bundan əvvəl BBC İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniyanın “Eurovision 2026” mahnı müsabiqəsini milli televiziya kanallarında yayımlamaqdan imtina etdiyini bildirmişdi.
Qeyd olunub ki, həmin ölkələr 2025-ci ilin sonunda da İsrailin iştirakına etiraz olaraq müsabiqəyə təmsilçi göndərməkdən imtina etmişdilər. Bu boykot “Eurovision”un 70 illik tarixində ən böyük boykot kimi qiymətləndirilib.
Niyaz Hacıyev
Sfera.az