Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin apardığı hərbi əməliyyatların gündəlik xərclərini elan edib.


 


Sfera.az xəbər verir ki, nazir bu barədə "PISM Strategic Ark" beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Ukrayna üçün müharibənin hər günü kifayət qədər ağır maliyyə yükü deməkdir.


 


Sibiqa qeyd edib ki, hazırda bir günlük döyüş əməliyyatlarının dəyəri təxminən 450 milyon dollar təşkil edir. XİN rəhbəri bu rəqəmləri səsləndirməklə tərəfdaş ölkələrin hərbi və maliyyə dəstəyinin Ukraynanın müqavimətini davam etdirməsi üçün nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha diqqətə çatdırıb.


 


Qeyd edək ki, bundan əvvəl Ukrayna rəsmiləri müdafiə büdcəsinin əsas hissəsinin daxili resurslar hesabına qarşılandığını, lakin genişmiqyaslı əməliyyatların xərclərinin artmaqda davam etdiyini bildiriblər.


 


Bəsti Rəfizadə


Sfera.az