Yeşilçamın unudulmaz uşaq ulduzu “Sezercik” illər sonra sosial mediada diqqət mərkəzinə düşüb. 59 yaşlı aktyorun son görünüşü izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, Hülya Koçyiğit, Perihan Savaş, Filiz Akın və Ediz Hun kimi dönəmin məşhur simaları ilə birgə çalışan İnanoğlu, gənc yaşlarından Türkiyənin ən tanınmış ulduzlarından birinə çevrilib.
2022-ci ildə uşaqlıq sevgilisi olduğu iddia edilən memar Seyhan Eyiçalışla evlənən İnanoğlu sonradan baş verən boşanma ilə yenidən mətbuatın diqqətini çəkib.
2023-cü ildə isə “saxtakarlıq” işi ilə əlaqədar həbs olunan İnanoğlu azadlığa çıxdıqdan sonra diqqətdən kənar yaşamağı seçib. Uzun müddətdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan aktyorun görünüşü sosial mediada “xeyli qocalıb” kimi şərhlərə səbəb olub və izləyicilər arasında böyük maraq doğurub.
Göründüyü kimi, “Sezercik”in transformasiyası onun karyerası və həyatında baş verən dəyişiklikləri göstərir. Dövrünün uşaq ulduzu indi sakit bir həyat sürsə də ekranlara gətirdiyi filmlərlə yadda qalacaq.
Mənsumə
Sfera.az