İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İsrailə verdiyi dəstəyə görə kəskin tənqid atəşinə tutub.


 


Tehran rəsmiləri Əbu-Dabini regionda yəhudi dövlətinin maraqlarını qorumaqda ittiham ediblər.


 


Sfera.az xəbər verir ki, bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü və sözçüsü Əlirza Səlimi bəyanat yayıb. İran parlamentinin mətbuat xidmətinin məlumatına görə, Ə.Səlimi BƏƏ-nin hazırkı mövqeyini "ikinci İsrail" kimi xarakterizə edib:


 


"Birləşmiş Ərəb Əmirlikləri mahiyyət etibarilə ikinci İsrail hesab oluna bilər. Çünki 'hərbi' İsrail işğal olunmuş Fələstin torpaqlarında yerləşdiyi halda, Əbu-Dabi İsrailin iqtisadi qanadı funksiyasını yerinə yetirir".


 


Səlimi iddia edib ki, BƏƏ hakimiyyəti öz xalqı arasında dəstəyini itirib və uzun müddətdir ki, milli maraqları müdafiə etməkdən imtina edib. Onun sözlərinə görə, məhz bu legitimlik problemi Əbu-Dabini ABŞ və İsrailin tərəfində yer almağa, onlara güvənməyə məcbur edir.


 


Bəsti Rəfizadə


Sfera.az