Məşhur türk müğənnisi İbrahim Tatlısəsin ailəsi ilə bağlı problemləri davam edir. Ötən həftə xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilən və günlərlə reanimasiyada qaldıqdan sonra əməliyyat olunan Tatlısəsin çətinlikləri hələ bitməyib.
Sfera.az xəbər verir ki, müğənninin nəvəsi Baran Keçili gözlənilməz ittihamla gündəmə gəlib. Baran sosial media paylaşımında bildirib ki, onu babası İbrahim Tatlısəs, həmçinin anası və bacısı həm təhdid edib, həm də təhqir ediblər. Baran Keçilinin sözlərinə görə, vəkili sübutlarla birlikdə prokurorluğa cinayət şikayəti təqdim edəcək. O, bu barədə hər kəsi məlumatlandırıb.
Mənsumə
Sfera.az