Almaniyanın “Bavariya Münhen” klubu qapıçı Manuel Neuer ilə yeni müqavilə imzalayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial media hesabında məlumat yayıb.




Məlumata görə, 40 yaşlı qolkiperin klubla mövcud müqaviləsi 30 iyunda başa çatırdı. Yeni razılaşmaya əsasən, Noyer 2027-ci ilə qədər Münhen təmsilçisində çıxış edəcək. Noyer 2011-ci ildən “Bayern Münhen”də oynayır. O, bu müddət ərzində komanda ilə 13 dəfə Almaniya çempionluğu, 5 dəfə Almaniya Kuboku və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.


 


Qeyd edək ki, Manuel Almaniya milli komandası ilə isə 2014-cü ildə dünya çempionluğu, 2010-cu ildə isə bürünc medal qazanıb. Cari mövsümdə Noyer bütün turnirlərdə 36 oyuna çıxıb, 39 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.


 


Niyaz Hacıyev 

Sfera.az