Fransa futbolunun əfsanəvi hücumçusu, Fransa klubu “Lion”un bütün zamanların ən çox qol vuran futbolçusu Fleury Di Nallo 83 yaşında vəfat edib.


 


Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ölüm səbəbi açıqlanmayıb.




Di Nallo karyerası ərzində yalnız Fransada çıxış edib. O, 1960–1974-cü illərdə “Lion”un formasını geyinib və klub tarixinin bombardiri kimi yadda qalıb. Hücumçu ümumilikdə 494 oyunda 222 qol vurub. Futbolçu “Lion”la üç dəfə Fransa Kubokunu (1964, 1967, 1973), bir dəfə isə Fransa Super Kubokunu (1973) qazanıb.




Fleury Di Nallo Fransa milli komandasında da çıxış edib. O, yığmada 10 oyun keçirib və 8 qol vurub.


 


Niyaz Hacıyev 

Sfera.az