Pentaqon İranla atəşkəs pozulacağı halda hərbi əməliyyatın adını dəyişməyi nəzərdən keçirir.


 


ABŞ-nin İrana qarşı başladığı “Epik qəzəb” əməliyyatının “Küldəng” (“Operation Sledgehammer”) adı ilə əvəz edilə biləcəyini bildirib. Məlumata görə, Vaşinqton administrasiyası döyüş əməliyyatlarının yenidən başlaması ehtimalını ciddi şəkildə nəzərdən keçirir.


 


ABŞ-nin İrana qarşı əməliyyatın adını dəyişməsi hansı mesajları verə və hansı nəticələrə səbəb ola bilər?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ İranla danışıqları davam etdirməklə yanaşı, eyni zamanda hərbi ssenariləri də nəzərdən keçirir:


 



 


“Xatırladaq ki, bir müddət əvvəl ABŞ ordusunun Baş Qərargah rəisi və Mərkəzi Qüvvələr Komandanlığının rəhbəri Donald Trampa əməliyyat vəziyyəti ilə bağlı brifinq təqdim etmişdi. Blokada dövründə də ABŞ hərbi qüvvələri müəyyən əməliyyatlar həyata keçirirdi. Son yayılan iddialara görə, Vaşinqton İrana qarşı yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı variantları müzakirə edir. Hətta məlumatlarda əvvəlki “Epik Qəzəb” əməliyyatının adının dəyişdirilməsinin də gündəmdə olduğu bildirilir. Burada ad dəyişikliyinin hansısa xüsusi siyasi təsir yaradacağını düşünmürəm. Bu daha çox simvolik məna daşıyan məsələdir və ABŞ-nin hərbi əməliyyat variantlarını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir. Donald Tramp da bildirib ki, əgər İran tərəfi razılaşmaya getməsə və anlaşma əldə olunmasa, İrana qarşı zərbələr endirilə bilər. Bu variant hazırda gündəmdədir”.


 


Politoloq əlavə edib ki, eyni zamanda, Amerika prezidentinin Çinə iki günlük səfəri çərçivəsində müzakirə olunacaq məsələlər arasında İran mövzusunun da yer alacağı ehtimal edilir:


 


“Tərəflər arasında əldə ediləcək mümkün razılaşmaların İran ətrafındakı proseslərə təsir göstərə biləcəyi düşünülür. Bu baxımdan hərbi variant tamamilə istisna olunmur. Nəzərə alsaq ki, İran dünən danışıqlarla bağlı 14 maddəlik son təklif paketini təqdim edib və bunu yekun variant kimi qiymətləndirib, hazırda diplomatik imkanların tam tükəndiyini demək düzgün olmazdı. Hələlik danışıqlar prosesi davam edir. Əgər danışıqlar tam şəkildə dayanarsa, o zaman hərbi əməliyyatların daha real müzakirə mövzusuna çevrilməsi mümkündür”.


 


Fidan Hacızadə


Sfera.az