ABŞ 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək FIFA "Dünya Kuboku 2026" çərçivəsində İraq milli futbol komandasının beş futbolçusuna viza verməkdən imtina edib.


 


Sfera.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının üzvü Qalib əl-Zameli “Shafaq News”a açıqlamasında bildirib.




Məlumata görə, İraq milli futbol komandası üzvləri olan İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahseen, Haider Abdulkərim və Ali Al-Hamadi ABŞ vizası ala bilməyiblər. İmtinanın səbəbləri hələlik açıqlanmayıb. İraq Futbol Federasiyası yaranmış vəziyyətin həlli üçün beynəlxalq futbol qurumu FIFA ilə təcili əlaqə saxlayıb.




Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İraq milli komandası Fransa, Seneqal və Norveçlə bir qrupda mübarizə aparacaq. Komandanın oyunlarının ABŞ-nin Foksboro və Filadelfiya şəhərlərində, həmçinin Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır.


 


Niyaz Hacıyev 

Sfera.az