Çin kosmosda süni embrionlar üzərində təcrübəyə başlayan ilk ölkə kimi tarixə düşüb.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, söhbət insan kök hüceyrələrindən yaradılmış və həqiqi embriona bənzər bioloji strukturlardan gedir. Hazırda kosmik stansiyada mikroqravitasiyanın erkən embrional inkişaf prosesinə təsirini araşdıran elmi təcrübə aparılır. Çinli alimlər bu tədqiqat vasitəsilə insanların kosmosda uzunmüddətli yaşaması və gələcəkdə çoxalma imkanları ilə bağlı mühüm məlumatlar əldə etməyi hədəfləyirlər.


 


Bildirilir ki, beş günlük orbital müşahidədən sonra süni embrionlar dondurulacaq. Daha sonra onlar Yer üzərində laboratoriya şəraitində saxlanılan oxşar bioloji strukturlarla müqayisə ediləcək.


 


Fidan Hacızadə


Sfera.az