ABŞ Prezidenti Donald Tramp 8.5 illik fasilədən sonra rəsmi səfər çərçivəsində Çinin paytaxtı Pekinə çatıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, üç gün davam edəcək səfər proqramında Ağ Ev rəhbərinin Çin Dövlət Başçısı Şi Cinping ilə bir araya gəlməsi planlaşdırılıb.
Tərəflər arasında keçiriləcək görüşlərdə hər iki ölkəni yaxından maraqlandıran bir sıra kritik məsələlərin müzakirə olunacağı gözlənilir. Donald Trampın bu rəsmi səfərinin xüsusilə ABŞ və İran arasındakı atəşkəs dövrünə təsadüf etməsi dünya mediasının diqqət mərkəzindədir.
Bəsti Rəfizadə
Sfera.az