İtaliyanın A Seriyası təmsilçisi “Sassuolo” yay transfer pəncərəsində müdafiəçi Tarik Muharemoviçi sata bilər.


 


Sfera.az xəbər verir ki, “Corriere dello Sport”un məlumatına görə, futbolçunun “İnter”ə keçidi istiqamətində danışıqlar sürətlə davam edir.


 


Milan klubu oyunçu ilə ilkin razılıq əldə edib və bosniyalı müdafiəçi 5 illik müqaviləyə razılıq verib.




Beləliklə, “İnter” Premyer Liqa klubları və “Yuventus”u qabaqlayıb. Bildirilir ki, Muharemoviç özü də yenidən “Yuventus”a qayıtmaq istəmir. Buna səbəb isə Turin klubunun onu birdəfəlik “Sassuolo”ya satmasından sonra futbolçunun özünü kənarda qalmış hiss etməsidir.




“Neroverdi” müdafiəçinin transferi üçün 25 milyon avro tələb edir. Tərəflər hazırda müqavilənin detalları üzərində işləyirlər. Razılaşmaya gənc futbolçunun “Sassuolo”ya keçidinin də daxil edilə biləcəyi qeyd olunur.


 


Niyaz Hacıyev 

Sfera.az