Amerikalı reper Kanye Vest 2021-ci ildə “Donda” albomunun təqdimatı zamanı musiqi nümunəsindən icazəsiz istifadə etdiyinə görə açılmış müəllif hüquqları məhkəməsində məğlub olub.


 


Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məlumata görə, Los-Anceles məhkəməsi reperin Atlantadakı “Mercedes-Benz Stadium” stadionunda keçirilən təqdimat tədbiri zamanı “MSD PT2” adlı musiqi parçasından icazəsiz istifadə etdiyini müəyyən edib. İddia dörd musiqiçi tərəfindən qaldırılıb.


 


Onlar Kanye Vestin həmin təqdimat tədbirindən bilet satışı və müxtəlif məhsulların satışından kommersiya gəliri əldə etdiyini bildiriblər. Münsiflər heyəti iddiaçıların xeyrinə qərar verib. Bildirilir ki, reper məhkəmə qərarı əsasında altı rəqəmli məbləğdə təzminat ödəməli olacaq. Qeyd edək ki, mübahisəyə səbəb olan musiqi nümunəsi sonradan “Hurricane” mahnısının yekun versiyasından çıxarılıb.


 


Fidan Hacızadə


Sfera.az