Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, qəza bu gün rayonun Salahlı kəndi ərazisində qeydə alınıb.


 


Hadisə zamanı “Toyota” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 1961-ci il təvəllüdlü Ayna Quliyeva və 1996-cı il təvəllüdlü Jalə Quliyeva xəsarət alıblar.




Yaralılar Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



Faktla bağlı araşdırma aparılır. bizim.media