Ukrayna böhranının həlli prosesi ilə bağlı son açıqlamalar Kremlin diqqət mərkəzindədir. Rusiya və ABŞ arasında diplomatik əlaqələr davam edərkən Moskva Ukrayna Prezidenti Vladimir Zelenskidən konkret addım atmağı tələb edir.




Sfera.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, atəşkəsin qüvvəyə minməsi və hərtərəfli sülh danışıqlarının başlaması üçün Zelenski ordusuna Donbasdan çəkilməyi əmr etməlidir.




Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib: 




“Zelenski Ukrayna Silahlı Qüvvələrinə hücumları dayandırmalı və həmçinin hərtərəfli sülh danışıqları aparmaq üçün Donbasdan çəkilməyi əmr etməlidir. O zaman atəşkəs qüvvəyə minəcək və tərəflər sakitcə danışıqlara başlaya biləcək. Danışıqlar çətin olacaq və bir çox vacib elementləri əhatə edəcək”.




Kremlin sözçüsü əlavə edib ki, ABŞ ilə bu məsələdə davamlı əlaqə saxlanılır və Ukrayna tərəfi ilə məlumat mübadiləsi də davam edir.


 


Mənsumə

Sfera.az