Fransa Prezidenti Emmanuel Makronun şəxsi münasibətləri ilə bağlı mübahisələr yaşandığı və həyat yoldaşı Bricit Makron tərəfindən açıq şəkildə tənbeh edildiyi iddia olunur.
Sfera.az xəbər verir ki, Fransa mediasının məlumatına görə, hadisə 2025-ci ilin may ayında Makronun Vyetnama səfəri zamanı təyyarədən düşərkən baş verib.
Kameralara əks olunan görüntülər sosial mediada böyük müzakirələrə səbəb olub.
İddialara görə, Makron bir neçə aydır ki, İran aktrisası Qolşifteh Fərəhani ilə yalnız hisslərə əsaslanan, lakin romantik və ya cinsi olmayan yaxın münasibətdə olub. Bricit Makron isə ərinin telefonunda Fərəhaniyə göndərilən sevgi mesajlarını gördükdən sonra əsəbiləşib və Makronu şillələyib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Emmanuel Makron 2007-ci ildə özündən 25 yaş böyük olan Bricit Makronla ailə həyatı qurub.
Mənsumə
Sfera.az