İtaliyanın “İnter” klubu İtaliya Kubokunun finalında “Latsio”nu 2:0 hesabı ilə məğlub edərək titulun sahibi olub.
Sfera.az xəbər verir ki, Roma şəhərində keçirilən görüşdə hesab 14-cü dəqiqədə açılıb.
“Latsio”nun futbolçusu Adam Maruşiç topu öz qapısından keçirib. Milan təmsilçisinin ikinci qolunu isə 35-ci dəqiqədə Lautaro Martinez vurub.
Eyni zamanda, “İnter” İtaliya çempionatının da qalibi olub. “İnter” bununla tarixində 10-cu dəfə İtaliya Kubokunu qazanıb və bu göstərici ilə turnirin ən titullu komandaları sırasında ikinci pillədə qərarlaşıb.
Rekord isə 15 kubokla “Yuventus”a məxsusdur.
Qeyd edək ki, ötən mövsüm İtaliya Kubokunun qalibi “Bolonya” olmuşdu.
Niyaz Hacıyev
Sfera.az