Bu gün İranda yerli vaxtla saat 11:17-də İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5 bal gücündə zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki,  Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.


 


Məlumata görə, zəlzələ vilayətin Bərdsir rayonunda 8 km dərinlikdə qeydə alınıb.


 


Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.