Polşalı hücumçu Robert Levandovski mövsümün sonunda “Barselona” klubunu tərk etməyə yaxındır.


 


Sfera.az xəbər verir ki, tərəflər arasında yeni qısamüddətli müqavilə ilə bağlı hələ də razılıq əldə olunmayıb.


 


Bu səbəbdən Levandovski yayda azad agent kimi komandadan ayrıla bilər.




Hazırkı vəziyyətdə “Barselona”nın hücumçuya yeni təklif təqdim etmədiyi bildirilir. Əgər yaxın vaxtlarda vəziyyət dəyişməsə, futbolçunun klubdakı dövrü başa çata bilər.




Təcrübəli forvardla İtaliya klubları maraqlansa da, yüksək maliyyə tələbləri səbəbindən transfer hazırda real görünmür. Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərinin də futbolçuya maraq göstərdiyi vurğulanır. Bundan başqa, ABŞ-nin MLS liqası da Levandovskinin mümkün variantları arasında yer alır.


 


Niyaz Hacıyev 

Sfera.az