Uğurlu layihələri və gözəl performansları ilə yadda qalan aktrisa Hazal Subaşı həm də şəxsi həyatı və sosial media paylaşımları ilə diqqət çəkir. Son olaraq Subaşı, sevgilisi Oğuzhan Koçun ad gününü özəl paylaşımı ilə qeyd edib.
Sfera.az xəbər verir ki, həm müğənnilik, həm də aktyorluqla məşğul olan Oğuzhan Koç və Hazal Subaşı 2024-cü ildə münasibətlərinə başlayıblar.
Sosial mediada tez-tez romantik görüntülər paylaşan cütlük bu dəfə də izləyicilərini sevindirib.
Hazal Subaşı 2,5 milyon izləyicisi olan “İnstagram” hesabında sevgilisi Oğuzhan Koç və itləri ilə çəkdirdiyi şəkli paylaşaraq altına “Ad günün mübarək, sevgilim” sözlərini yazıb. Oğuzhan Koç isə paylaşımına gülümsəyən ürək emojiləri ilə cavab verib.
Mənsumə
Sfera.az