"Qraf Drakula" və "Konan Barbar" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Cek Teylor vəfat edib.


 


Sfera.az  xəbər verir ki, o, 100 yaşında İspaniyadakı evində dünyasını dəyişib.


 


Teylor daha çox qorxu və fantastik filmlərdəki rolları ilə tanınır. Ən məşhur əsərlərindən biri Kristofer Li ilə birlikdə 1970-ci ildə çəkilmiş "Qraf Drakula" filmi olub. O, həmçinin "Konan Barbar", Roman Polanskinin "Doqquzuncu Qapı" və digər layihələrdə rol alıb.


 


Aktyorun əsl adı Corc Braun Rendall olub. O, 1926-cı ilin oktyabrında anadan olub və gənc yaşlarında Hollivudda karyera qurmağa başlayıb.


 


1953-cü ildə Teylor Merilin Monro ilə birlikdə televiziya şousunda iştirak edib, lakin Los-Ancelesdə uğur qazana bilməyib. Aktyor daha sonra Meksikaya köçüb, ispan dilini öyrənib və yerli filmlərdə və teatrlarda fəal şəkildə çıxış etməyə başlayıb.


 


Cek Teylorun sonuncu filmi 2025-ci ildə nümayiş olunan "Bufet" idi. Ölümündən bir müddət əvvəl aktyor "Mənim 100 illik kinom" adlı xatirələrini də nəşr etdirdi.\azxeber.com