Türkiyənin keçmiş milli futbolçusu  İlhan Mansız uzun fasilədən sonra İstanbulda kameralara tuş gəlib. 




Sfera.az xəbər verir ki, Nişantaşında görüntülənən sabiq futbolçu dəyişən tərzi və səssiz davranışı ilə diqqət çəkib.




Bir dövr həm futbol karyerası, həm də şəxsi həyatı ilə gündəmdən düşməyən Mansızın son görüntüsü maraq doğurub. Uzanan və ağaran saçları ilə obyektivlərə tuş gələn keçmiş futbolçunun yeni imici qısa zamanda sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.




Jurnalistlərin suallarını cavabsız qoyan İlhan Mansız açıqlama vermədən yoluna davam edib. Keçmiş futbolçunun yorğun və kefsiz görünməsi də diqqətdən yayınmayıb. Sosial media istifadəçiləri isə onun yeni görünüşü ilə bağlı fərqli rəylər səsləndiriblər.


 


Niyaz Hacıyev 

Sfera.az