İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda birbaşa iştirakda günahlandırıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, Əmirliyi İslam Respublikasına qarşı siyasətini yenidən nəzərdən keçirməyə çağırıb.
Əraqçinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu müharibə dövründə BƏƏ-yə və Əbu-Dabiyə səfər edib və bu çərçivədə hücumlarda əməkdaşlıq edilib. İran rəsmisi iddia edib ki, BƏƏ bu prosesdə “fəal iştirakçı” olub.
“BƏƏ-nin İsraillə ittifaqı”nın münaqişə zamanı Əmirlikləri qorumadığını bildirən Əraqçi, rəsmi Əbu-Dabini xarici siyasət kursuna yenidən baxmağa çağırıb.
BƏƏ tərəfi isə hələlik bu iddialara rəsmi cavab verməyib.
Fidan Hacızadə
Sfera.az