Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


 


Qərara əsasən, bu müddət 2026-cı il iyulun 1 -dək uzadılıb.


 


Xatırladaq ki, ötən həftə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti də iyulun 1-dək uzadılmışdı.