Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının final oyununun fasiləsində ilk dəfə musiqi şousu təşkil edəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək final qarşılaşmasının 15 dəqiqəlik fasiləsində dünya şöhrətli sənətçilər səhnəyə çıxacaqlar.
Şouda Şakira, Madonna və Cənubi Koreyanın məşhur BTS qrupu çıxış edəcək.
Musiqi proqramının kuratoru isə məşhur “Coldplay” qrupunun solisti Kris Martin olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirin final mərhələsində ilk dəfə 48 milli komanda mübarizə aparacaq.
Niyaz Hacıyev
Sfera.az