İranlı aktrisa Golşifte Fərəhani əvvəlki müsahibəsində söylədiyi fikirlərlə yenidən müzakirə mövzusuna çevrilib. O, müsahibəsində fransız kişilərini belə təsvir edib:
“Onların ilk həyat yoldaşları anaları kimidirlər və məşuqələrinin olmasını normal hesab edə bilirlər”.
Sfera.az xəbər verir ki, bu sözlər 2025-ci ilin iyun ayında Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brigit Makronun şəkilləri ilə birləşərək sosial mediada geniş yayılıb. Qeyd olunub ki, Brigit Makron Vyetnamın Hanoy şəhərinə eniş zamanı təyyarənin qapısı açılan kimi ərinə şillə vurub.
Hadisə geniş müzakirə mövzusu olsa da bəzi mənbələr bunu ər-arvad arasında zarafat kimi qiymətləndirib.
Fransa mediası və şərhçilərin bəzilərinin iddiasına görə, Brigit Makron ərinin telefonunda Golşifteh Fərəhaniyə yazdığı “Sən çox gözəlsən” mesajını görüb və bu təyyarədəki gərginliyin səbəbi olub.
Fərəhani verdiyi müsahibədə kişi-qadın münasibətləri ilə bağlı fikirlərini açıqlayıb. O, bəzi kişilərin evlilik və cinsiyyət mövzusunda ikiüzlü yanaşmasını belə şərh edib:
“Elə kişilər var ki, seksin yalnız fahişələrlə yaşanmalı bir şey olduğunu düşünürlər. Onlar “toxunulmaz” olduqları üçün arvadlarına toxunmamalı olduqlarını düşünsələr də fahişələrlə birlikdə olmağı və ya məşuqələri olmağı normal hesab edə bilərlər”.
Aktrisa həmçinin fransız kişiləri ilə bağlı maraqlı fikirlərini də bölüşüb:
“Mənim nəzəriyyəmə görə, fransız kişiləri analarına çox bağlı olurlar. Onların ilk həyat yoldaşları heç vaxt anaları olmayıb, amma anaları kimidirlər. Ailə qurduqdan sonra başqasına dəlicəsinə aşiq olsalar belə, bu bağlılıq tam qıra bilmir”.
Fərəhaninin bu açıqlamaları Makron ailəsi ilə əlaqəli qalmaqalla birləşərək sosial mediada geniş rezonans yaradıb.
Mənsumə
Sfera.az