Dünyanın nəzərləri hazırda Pekində davam edən Tramp-Si Cinpin görüşündə olduğu halda, Kremldən beynəlxalq gündəmi sarsıdacaq yeni bir açıqlama gəlib. Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin də çox yaxın zamanlarda Çinə səfər edəcəyini bəyan edib.




Sfera.az xəbər verir ki, bütün dünya ABŞ-Çin münasibətlərindəki buzların əriyib-əriməyəcəyini izlərkən, Peskovun açıqlaması diqqətləri yenidən Moskva-Pekin xəttinə yönəldib. 




Sözçü bildirib ki, Prezident Vladimir Putinin Çinə səfəri üçün bütün hazırlıqlar artıq yekunlaşıb və bu səfər çox yaxında baş tutacaq.




Peskov səfərin dəqiq tarixi və müzakirə olunacaq detallar barədə ətraflı məlumat verməkdən yayınıb. Xatırladaq ki, Putin və Si Cinpin sonuncu dəfə ötən ilin sentyabrında Pekində bir araya gəliblər.




Ekspertlər hesab edir ki, həm ABŞ, həm də Rusiya liderlərinin ard-arda Çinə səfər etməsi qlobal siyasətdə yeni bir güc balansının formalaşdığından xəbər verir.




Bəsti Rəfizadə

Sfera.az