Azərbaycan Texnologiya Universitetinin sabiq professoru, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov dünyasını dəyişib.


 


Sfera.az xəbər verir ki, Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının sabiq professoru Ş.Mütəllimov 1979-cu ildən Azərbaycan Texnologiya Universitetində əmək fəaliyyətinə başlayıb.


 


Mərhum baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışıb.