Kiyevdə hücum və çoxsaylı itkilərdən sonra sabah matəm günü elan edilib.


 


Sfera.az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.


 


“Paytaxtda əyləncə tədbirləri qadağan olunacaq”, - Kliçko bildirib.


 


Qeyd edək ki, Rusiyanın bu gün Kiyevə kütləvi raket və PUA hücumları nəticəsində 5 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.