Avstraliyalı bir kişi Sidneydəki çimərlikdə üzməyə gedərkən, yaxınlıqda keçirilən moda nümayişindən xəbərsiz olub. O, kameraların diqqəti altında modellərlə birlikdə podiumda sakitcə gəzib.




Sfera.az bildirir ki, moda brendi “Commas” Avstraliya Moda Həftəsi çərçivəsində Sidney ətrafındakı Tamarama Çimərliyində bir şou keçirdib. Modellər böyük bir pilləkənlə qumun üstünə enib və sonra sahil xətti boyunca gəziblər. Bir anda kadrda sadəcə çimərliyə gedən təsadüfi bir kişi peyda olub. Bu video artıq 15 milyondan çox baxış toplayıb: izləyiciləri onun xarizması və təmkinli, rahat yerişi valeh edib.


 


Violet Grace adlı istifadəçi tərəfindən paylaşılan “TikTok” videosunda kişinin modellərlə eyni pilləkənlərdən endiyi, modellərdən bir neçə metr aralıda bir neçə isinmə hərəkəti etdiyi, sonra köynəyini çıxarıb okeana daldığını görmək olar.


 


"Avstraliya Moda Həftəsi: Yerli sakinlərin səhər üzməsinə heç nə mane olmur." "Təkrar edirəm: heç nə"-deyə paylaşan Qreys paylaşımın altında kişinin kimin atası olduğunu soruşur.


 


Video dünyanın hər yerindən izləyiciləri məmnun edib. Çoxları çimərliyə gələni rahat davranışına görə tərifləyir.


 


“Australian Today” verilişində kişinin 30 ildir hər səhər çimərliyə gələn yerli sakin David olduğu müəyyən edilib.


 


"Modelyerlərdən üzr istəməliyəm. Dünən pilləkənlərlə qalxdım, modelləri gördüm və düşündüm ki, yəqin sadəcə hazırlaşmaq üçün buraya enirlər. Təxminən onlarla eyni nöqtəyə çatdım və birdən anladım: "Əsas model mənəm"-deyə o özü şərh bildirib.


 


Aynil